Bakı metrosunda ödənişlərlə bağlı YENİ XƏBƏR

Bakı metrosunda ödənişlərlə bağlı YENİ XƏBƏR
Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib.
Bu barədə Musavat.com-a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayında qeydə alınıb. İllik orta göstəricilərə əsasən, metroda gündəlik ödənişlərin 60 %-dən çoxu NFC ilə həyata keçirilir.



