Bakı +19°C çərşənbə, 4 noyabr 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.9097 +0.0074
  • RUB 0.0208 -0.0001
AZ EN RU
Cəmiyyət

Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır

4

Yeni islahat paketi çərçivəsində artım istiqamətlərinin müəyyən edilməsi, həmçinin sosial ödənişlərin artırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq proqnozlar və təkliflər hazırlanır.

Bu barədə Report-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

"Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, gələn il növbəti, sayca 6-cı sosial islahat paketinin icrası planlaşdırılır. Hazırda bununla bağlı hazırlıq işləri görülür. Bu gün bəzi media resurslarında və sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər də yekun xarakter daşımır".

Nazirlikdən bildiriblər ki, sosial ödənişlərdə artımların hansı istiqamətləri əhatə edəcəyi və dəqiq artım məbləğləri imzalanacaq müvafiq qanunvericilik aktları ilə müəyyən ediləcək.

Oxşar xəbərlər