Баку +12°C четверг, 19 ноября 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.8637 -0.0044
  • RUB 0.0206 -0.0001
AZ EN RU
Спорт

İşğaldan azad olunan Xankəndidə möhtəşəm dönüş: Stadion qapılarını açdı, futbol başladı

19
İşğaldan azad olunan Xankəndidə möhtəşəm dönüş: Stadion qapılarını açdı, futbol başladı

İşğaldan azad olunan Xankəndidə möhtəşəm dönüş: Stadion qapılarını açdı, futbol başladı

Azərbaycan futbolunda bu gün tarixə düşəcək xüsusi bir hadisə yaşanacaq. Bir vaxtlar işğal altında olan, bu gün isə Azərbaycanın suverenliyi və azadlığının rəmzinə çevrilən Xankəndi şəhərində futbol bayramı keçiriləcək. Şəhərin əsas stadionu yenidən qurularaq idmansevərlərin ixtiyarına verilir və “Xankəndi” klubu doğma meydanda ilk dəfə rəsmi oyuna çıxacaq.

Birinci Liqanın 8-ci turu çərçivəsində “Karvan-Yevlax”la baş tutacaq qarşılaşma sadəcə üç xal uğrunda mübarizə deyil, azad Qarabağda həyatın bütün sahələrdə canlandığının, idmanın da bu dirçəlişin ayrılmaz hissəsinə çevrildiyinin növbəti göstəricisidir. Saat 16:00-da başlayacaq matç Xankəndinin idman tarixində yeni səhifə açmaqla yanaşı, Qarabağda quruculuq və qayıdış prosesinin yaratdığı sevincə də xüsusi rəng qatacaq.

Bu tarixi qarşılaşma Azərbaycan futbolu və azad Qarabağın gələcəyi baxımından hansı mesajları verəcək?

Futbolla yaxından maraqlanan Milli Məclis təmsilçisi Naqif Həmzəyev Musavat.com-da bu oyunun önəmini bu cür ifadə etdi: “Xankəndi” klubu bundan sonrakı ev oyunlarını da burada keçirəcək. Üstəlik "Xankəndi" bu mərhələyə sadəcə dəvət olunmayıb. Ötən mövsümü İkinci Liqada 76 xalla birinci başa vuraraq çempion olub və Birinci Liqaya vəsiqə qazanıb. Yəni bu, simvolik olduğu qədər də idman nəticəsidir. Stadionun açılışı Böyük Qayıdış Proqramının fonunda baş verir. Qayıdış prosesi uğurla davam edir, şəhərdə həyat yenidən formalaşır. Evlə yanaşı məktəb, tibb məntəqəsi, yol və idman meydançası da lazımdır. Futbol stadionu da bu mənzərənin bir parçasıdır. Bu inkişaf Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində baş tutur. Bu siyasət əvvəlcə ərazi bütövlüyünün bərpasına, sonra isə sülh gündəliyinə əsaslanır. Bu matç Azərbaycan futbolunun coğrafiyasının genişləndiyini, bölgədə normal həyatın bərpa olunduğunu və idmanın bu prosesdə öz yerini tutduğunu göstərir. Biz inanırıq ki, növbəti illərdə "Xankəndi" - "Qarabağ", "Xankəndi" - "Kəpəz" oyunlarınında şahidi olacağıq. Futbol bayramı sülhün, əmin-amanlığın və gələcəyə inamın göstəricisidir”.

Cavanşir Abbaslı

Musavat.com

Похожие новости