Баку +18°C пятница, 30 октября 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.9019 +0.0074
  • RUB 0.0209 -0.0002
AZ EN RU
Общество

Compas.az-ın Baş redaktoru Rəşad Quliyev portalın hədəflərini açıqlayıb

33
Compas.az-ın Baş redaktoru Rəşad Quliyev portalın hədəflərini açıqlayıb

Yeni fəaliyyətə başlayan Compas.az xəbər portalının Baş redaktoru Rəşad Quliyev portalın gələcək fəaliyyəti, əsas hədəfləri və informasiya siyasəti barədə danışıb.

Rəşad Quliyev bildirib ki, Compas.az-ın əsas məqsədi cəmiyyətə doğru, etibarlı və operativ informasiya çatdırmaq, ölkədə və dünyada baş verən mühüm hadisələri, ictimai-siyasi prosesləri və aktual məsələləri obyektiv şəkildə işıqlandırmaqdır.

Baş redaktor qeyd edib ki, portal fəaliyyətində operativlik, qərəzsizlik, obyektivlik və jurnalistikanın peşə prinsiplərini əsas götürəcək. Eyni zamanda, vətəndaşların müraciət və problemlərinin işıqlandırılmasına, cəmiyyət üçün əhəmiyyət daşıyan mövzuların gündəmə gətirilməsinə xüsusi diqqət yetiriləcək.

Rəşad Quliyev vurğulayıb ki, Compas.az oxucuların etimadını qazanmağı, müasir media tələblərinə uyğun inkişaf etməyi və ölkənin informasiya məkanında özünəməxsus yer tutmağı qarşıya məqsəd qoyub.

Похожие новости