Bakı +11°C cümə axşamı, 19 noyabr 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.8681 +0.0000
  • RUB 0.0207 +0.0000
AZ EN RU
Cəmiyyət

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilib

7
“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilib

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilib

Noyabrın 18-də Şuşa şəhərində “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.

Bağlanış mərasimi müddətində İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə turizm sərgisi təşkil olunub. Sərgidə hər bir ölkə öz stendi ilə təmsil olunaraq turizm potensialını, mədəni irsini və turizm imkanlarını təqdim edib.

Bununla yanaşı, tədbirlər planı çərçivəsində cari il ərzində Şuşa şəhərində keçirilən tədbirlərə dair hesabat xarakterli təqdimat nümayiş etdirilib.

Bağlanış mərasimində Şuşanın 2026-cı il üzrə "İƏT-in turizm paytaxtı" statusunun başa çatması ilə əlaqədar 2027-ci il üçün müəyyən edilmiş titul Pakistan İslam Respublikasının Lahor şəhərinə təhvil verilib.

Musavat.com

 

Oxşar xəbərlər