Bakı +8°C çərşənbə axşamı, 17 noyabr 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.8707 -0.0024
  • RUB 0.0206 +0.0000
AZ EN RU
Cəmiyyət

Yeni QADAĞA - 21 GÜN...

0
Yeni QADAĞA - 21 GÜN...

Yeni QADAĞA - 21 GÜN...

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunub.

Musavat.com-un məlumatına görə, dəyişikliklərə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla (xitam zamanı kompensasiyanın ödənilməsi), əmək məzuniyyətinin Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunmasının qadağan edilməsi təklif olunur. Eyni zamanda sözügedən layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı anlayışa aydınlıq gətirilir, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları geniş və dəqiq təsbit olunur.

Layihə çərçivəsində sözügedən hüquqla bağlı digər sahəvi qanunlarda da müvafiq uyğunlaşdırma aparılacaq.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər