Баку +8°C суббота, 14 ноября 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.8805 +0.0000
  • RUB 0.0205 +0.0000
AZ EN RU
Общество

Bərdədə 12 Noyabr – Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib

26
Bərdədə 12 Noyabr – Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib

Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə Rayon Polis Şöbəsi, Bərdə Rayon Prokurorluğu və Bərdə Rayon Məhkəməsinin birgə təşkilatçılığı ilə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva çıxış edərək Azərbaycanın Konstitusiya tarixindən, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasındakı rolundan, Əsas Qanunun dövlət quruculuğunda və insan hüquqlarının qorunmasında əhəmiyyətindən danışıb.

Daha sonra Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Fərid Şükürov, Bərdə Rayon Prokurorunun köməkçisi Seymur Musayev və Bərdə Rayon Məhkəməsinin hakim köməkçisi Vüsal Qarayev çıxış edərək Konstitusiyanın hüquqi dövlət quruculuğunda, qanunun aliliyinin təmin olunmasında və vətəndaş hüquqlarının müdafiəsində rolunu diqqətə çatdırıblar.

Çıxışlarda Konstitusiyaya hörmətin, qanunlara əməl olunmasının və hər bir vətəndaşın hüquq və vəzifələrini dərk etməsinin dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Похожие новости